Təmkin Xəlilzadə "Zirə" ilə anlaşdı

10:58 26 May 2021

“Sabah”la yollarını ayıran Təmkin Xəlilzadənin yeni iş yeri müəyyənləşib.

 

Futbol üzrə Azərbaycan millisinin də üzvü olan futbolçu “Zirə”yə keçib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Xəlilzadə yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, 2015-17-ci illər aralığında "Zirə"nin şərəfini qorumuş 28 yaşlı müdafiəçi daha əvvəl "Qarabağ", AZAL və "Qəbələ"də çıxış edib. Xəlilzadə yığmada 22 oyunda 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti