"Zaur Axundov "Keşlə"də qalmağımı istədi" - Meza Kolli

11:26 26 May 2021

"Keşlə" ilə müqaviləsi başa çatan Sezar Meza Kolli komandada qalıb-qalmayacağı ilə bağlı hələlik qərar verməyib.
 

Paraqvaylı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında Klubun Müşahidə Şurasının sədri Zaur Axundovun ondan "Keşlə"də qalmasını xahiş etdiyini bildirib: 


"Zaur müəllimlə bu barədə görüşümüz oldu. Onunla münasibətim çox yaxşıdır. Ata-oğul kimiyik. Məndən “Keşlə”də qalmağımı istədi. Mən isə indi qazanılan kubokun dadını çıxarmaq istədiyimi bildirdim. Gələcəklə bağlı qərarımı daha sonra sakit şəkildə verəcəyəm”.
 

Qeyd edək ki, Meza Kollini "Neftçi" transfer etmək istəyir.
 

Bir müddət əvvəl milliləşdirilərək yığmamıza cəlb oluncağı deyilən futbolçu ölkəsinin millisinə dəvət almamasına da münasibət bildirib: "Bu, mənim yaralı yerimdir. Təəssüf ki, yığmadan heç kim mənimlə əlaqə saxlamayıb. Başa düşürəm, Azərbaycan çempionatı elə də populyar deyil. Amma ümidimi itirməmişəm, öz üzərimdə işləməyə davam edirəm. Hər oyunçu öz ölkəsinin yığmasında forma geyinmək istəyər. Ümid edirəm ki, bu, nə vaxtsa baş verəcək. Amma olmasa belə, sakitliyimi qoruyacağam". 


Digər xəbərlər

Xəbər xətti