Canni De Byazinin mətbuat konfransının vaxtı məlum oldu

11:47 26 May 2021

Mayın 27-də, saat 21:00-da, Alanyadakı “Oba” stadionunda keçiriləcək Türkiyə – Azərbaycan beynəlxalq yoxlama oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi media nümayəndələri ilə görüşəcək. Hər iki baş məşqçinin mətbuat konfransı bu gün keçiriləcək.

 

Türkiyə yığmasının baş məşqçisi Şenol Günəşin mətbuat konfransı saat 18:00-da olacaq.

 

Azərbaycan milli komandası

Saat 12:00. Mətbuat konfransı

Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Türkiyə milli komandası

Saat 18:00. Mətbuat konfransı

Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq 


Digər xəbərlər

Xəbər xətti