“Azərbaycanla ötən il də oynamaq planımız var idi. Pandemiyaya görə alınmadı".
Sportarena.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin hazırlığı barədə danışarkən deyib.
“Futbol Aklı” verilişinin qonağı olan 69 yaşlı mütəxəssis millimizlə sabah keçiriləcək yoldaşlıq görüşü haqda da fikirlərini bildirib: “Azərbaycan müdafiə anlayışı ilə oynayan komandadır. Ancaq bizim əsas məqsədimiz toplanışın ilk mərhələsində oyun sistemində bəzi sınaqlar aparmaq və futbolçuları görməkdir”.
Qeyd edək ki, Alanyadakı “Oba” stadionunda keçiriləcək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.