Məhəmməd Salah "Liverpul"da mövsümün ən yaxşı futbolçusu seçilib

13:59 26 May 2021

İngiltərənin “Liverpul” klubunda 2020/21 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Bu, Məhəmməd Salahdır. Misirli hücumçu azarkeşlərin səsverməsinə əsasən 1-ci olub. Braziliyalı yarımmüdafiəçi Fabinyo 2-ci, ingilis müdafiəçi Nataniel Filips 3-cü olub.

 

Qeyd edək ki, Salah Premyer Liqada başa çatan mövsümdə 37 oyuna 22 qol vurub, 5 məhsuldar ötürmə edib. O, mövsümün bombardiri Harri Keyndən ("Tottenhem") yalnız 1 qol az vurub. 


Digər xəbərlər

Xəbər xətti