“Qarabağ” futbolçusu Elvin Cəfərquliyevin müqaviləsini uzadıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 3 ildir. Elvin Cəfərquliyev bu mövsüm "Qarabağ"da keçirdiyi 32 oyunda 4 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Ağdam klubu kapitan Maksim Medvedev və digər müdafiəçi Bədavi Hüseynovla da müqaviləni yeniləyib.