Yeniyetmə güləşçilərimiz Avropa çempionatına hazırlaşır

Sportarena.az      27 May 2021 , 12:10

İyunun 14-dən 20-dək Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, qitə birinciliyində hər 3 güləşi növü üzrə millilərimiz ölkəmizi təmsil edəcək.

 

Yığmalarımız məsul yarışa Bakıda hazırlaşır. Sərbəst güləşçilər böyük məşqçi Əsgərxan Novruzov, qızlar isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçir. Yunan-Roma güləşi üzrə müvafiq komandamız isə Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında böyük məşqçi Taleh İsrafilovun tapşırıqlarını icra edir.

 

Qeyd edək ki, analoji yarış sonuncu dəfə 2019-cu ildə İtaliyanın Faenza şəhərində keçirilib. Həmin Avropa çempionatında güləşçilərimiz uğurlu çıxış edərək 4 qızıl, 3 gümüş, 8 bürünc olmaqla, ümumilikdə 15 medal qazanmışdı. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin