Millimiz FİFA reytinqində mövqeyini qorudu

12:57 27 May 2021

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

 

Azərbaycan millisi 1168.53 xalla hazırda 110-cu sırada qərarlaşıb. Ötən ayla müqayisədə komandanın mövqeyində dəyişiklik olmayıb. Yığmanın DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1166.12 xalla 5-ci, Serbiya 1512.90 xalla 25-ci, İrlandiya 1427.22 xalla 47-ci, Lüksemburq isə 1244.86 xalla 96-cı yerdədir.

 

Türkiyə millisi isə 29-cu sıradakı mövqeyini qoruyub.

 

Reytinqin ilk 3 pilləsində Belçika (1783.38), Fransa (1757.30) və Braziliya (1742.65) yer alıb. 


Digər xəbərlər

Xəbər xətti