“Real”ın stadionunda yanğın baş verib

14:38 27 May 2021

İspaniyanın “Real” klubuna məxsus “Santyaqo Bernabeu” stadionunda yanğın baş verib.

 

Sportarena.az xəbər verir ki, hadisə arenada bərpa işlərinin getdiyi sahədə qeydə alınıb. Yanğınsöndürənlər alovun qarşısını alıblar. Hadisədən ciddi zərər çəkən olmayıb.

 

“Real” ötən mövsüm ev oyunlarını “Alfredo di Stefano” stadionunda keçirib. Madrid təmsilçisi “Santyaqo Bernabeu”ya gələn mövsümdən qayıdacaq.

 

Qeyd edək ki, “Real” La Liqada 2020/21 mövsümünü ikinci pillədə başa vurub. 


Digər xəbərlər

Xəbər xətti