İspaniya – Portuqaliya oyununa 23 minə yaxın azarkeş buraxılacaq

15:13 27 May 2021

İyunun 4-də futbol üzrə İspaniya və Portuqaliya milli komandaları arasında keçiriləcək yoxlama oyununa azarkeşlər buraxılacaq.

 

Sportarena.az xəbər verir ki, “Vanda Metropolitano” stadionunda oynanılacaq matça 22 min 590 azarkeş buraxılacaq.

 

İyunun 4-də, Madriddə keçiriləcək İspaniya – Portuqaliya oyunu saat 21:30-da başlayacaq. 


Xəbər xətti