Azərbaycan millisi Türkiyəyə uduzdu - YENİLƏNİB

00:15 28 May 2021

Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.
 

Sportarena.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı kollektiv səfərdə Türkiyə yığması ilə qarşılaşıb. Alanya şəhərində keçirilən qarşılaşmada hesabı komandamız açsa da, bu üstünlüyünü qoruya bilməyib. Meydan sahibləri bu görüşdə 2:1 hesablı qələbə qazanıb.
 

Qeyd edək ki, millimiz iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.

 
Türkiyə – Azərbaycan - 2:1 
Qol: Emin Mahmudov, 28 (0:1), Halil Dervişoğlu, 34 (1:1), Kaan Ayhan, 44 (2:1)
Baş hakim: Genc Nuza (Kosovo) 


Digər xəbərlər

Xəbər xətti