Mayın 27-də Alanyadakı "Oba" stadionunda keçirilmiş Türkiyə - Azərbaycan oyunundan (2:1) əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir arasında görüş keçirilib.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb, xatirə hədiyyələri təqdim olunub.