"Qardaş Azərbaycanla milli komanda arasında dostca, qardaşca matç izlədik. Yığmamız Antalyada hazırlığı davam etdirir. Sağ olsun, cənab nazirimiz bizimlə birlikdə idi. Düşərgədə gözəl atmosfer, inam var.İnşallah, Avropa çempionatında milli komandamız bizi qürurla təmsil edəcək. Buna inanırıq. Təbii ki, eyni zamanda Azərbaycan Futbol Federasiyasının prezidenti Rövnəq Abdullayev də bizimlə idi. Ona da təşəkkür edirəm".
Bu sözləri Türkiyənin idman naziri Mehmet Muharrem Kasapoğlu Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundna sonra jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan - Türkiyə qardaşlığının hər zaman davam edəcəyini söyləyib: "Bütün futbolçulara, məşqçi heyətinə də təşəkkür edirəm".