Əliyar Ağayev Türkiyə millisinin oyununa təyinat aldı

14:29 28 May 2021

FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

 

Türkiyə və Qvineya milli komandaları arasında keçiriləcək beynəlxalq yoxlama oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

 

Qeyd edək ki, mayın 31-də keçiriləcək Türkiyə – Qvineya matçı Antalya şəhərində təşkil olunacaq. 


Digər xəbərlər

Xəbər xətti