21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Norveçlə oyununun tarixi dəyişdirilib.
Norveç Futbol Federasiyasının UEFA-ya müraciətinə əsasən, qarşılaşma 2022-ci il iyunun 14-nə keçirilib.
Qeyd edək ki, daha əvvəl görüşün bu il iyunun 6-da oynanılması nəzərdə tutulurdu.