Azərbaycan və Moldova arasında Kişinyovda keçiriləcək yoldaşlıq görüşünə azarkeşlərin buraxılacağı dəqiqləşib.
Sportarena.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyası məlumat yayıb. Artıq bilet satışı başlayıb. Tribunaların tutumunun 50 faizinin azarkeşlərlə doldurmağa icazə verilib.
Qeyd edək ki, Moldova - Azərbaycan oyunu iyunun 6-da "Zimbru" stadionunda keçiriləcək.