"Sabah" daha bir futbolçusunu yola saldı

14:46 31 May 2021

“Sabah” futbolçusu Dmitro Klotsla yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçinin sözləşməsi yenilənməyib. Ukraynalı oyunçu bu ilin fevralından "Sabah"da çıxış edirdi. O, altı oyunda meydanda olub.

 

Qeyd edək ki, "Sabah" daha əvvəl Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete və Kevin Kubemba ilə də vidalaşıb. Ramin Quliyevin baş məşqçi olduğu komanda “Zirə”dən Elvin Camalovu heyətinə qatıb. 


Digər xəbərlər

Xəbər xətti