Fransa millisinin keçmiş futbolçusu Tyerri Anri yenidən Belçika millisində çalışacaq.
Sportarena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis baş məşqçi Roberto Martinezin köməkçisi olacaq. Əfsanəvi veteran futbolçu 2016-2018-ci illərdə də Belçika millisində məşqçi kimi çalışıb. O, 2018-ci ildə "Monako" klubuna keçmiş, qısa müddət sonra istefaya göndərilmişdi.