Əliyar Ağayevin idarə etdiyi oyunda Türkiyə bərabərliyə razılaşdı - VİDEO

10:20 1 İyun 2021

Türkiyə millisi Avro-2020 öncəsi növbəti yoldaşlıq görüşünü keçirib.

 

Sportarena.az xəbər verir ki, "ay-ulduzlular" Antalya stadionunda Qvineya yığması ilə üz-üzə gəlib. Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. 

 

Qeyd edək ki, Türkiyə millisi ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasını məğlubiyyətə uğradıb - 2:1. Hazırlığın ikinci mərhələsi iyunun 2-dən Almaniyada başlayacaq. Son yoldaşlıq görüşü iyunun 3-də Moldovaya qarşı olacaq. 

 

 


Digər xəbərlər

Xəbər xətti