AFFA millinin baş məşqçisi ilə yeni müqavilə bağlamağa qərar verdi

13:02 1 İyun 2021

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva ilə müqavilənin müddəti artırılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin dünən keçirilən videokonfrans formatındakı iclasında qərar qəbul olunub.

 

Braziliyalı mütəxəssisin daha bir il postunda saxlanılması məqsədəuyğun bilinib.

 

Həmçinin koronavirus pandemiyası səbəbindən futzal üzrə ölkə çempionatının keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm UEFA kubokunda çıxış edəcək klubun müəyyənləşdirilməsi Azərbaycan Futzal Federasiyasına tapşırılıb. 


Digər xəbərlər

Xəbər xətti