Paraqvaylı yarımmüdafiəçi "Keşlə"dən ayrıldı

14:00 1 İyun 2021

"Keşlə" ilə müqaviləsi başa çatan Sezar Meza Kolli komandadan ayrılıb.
 

Sportarena.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi bu barədə öz İnstaqram səhifəsində paylaşım edib."Keşlə"dəki oyununun videogörüntülərini paylaşan futbolçu "Sağ ol, "Keşlə" yazıb və bununla da komanda ilə vidalaşıb.

 

Qeyd edək ki, karyerasında 3 dəfə "Keşlə"də çıxış edən 29 yaşlı futbolçu sonuncu dəfə 2020-ci ildə bu komandaya keçmişdi. Onunla "Neftçi" yaxından maraqlanır. 


Digər xəbərlər

Xəbər xətti