Ümit Davala “Qalatasaray”la vidalaşdı

14:42 1 İyun 2021

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin köməkçilərindən Ümit Davala klubdan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə o, özünün "Tvitter" hesabında paylaşım edib. O, vida mesajında yazıb:

 

"Ölkə futbolunun bütün dövrlərdəki ən yaxşı baş məşqçisi (Fatih Terimi nəzərdə tutur - red) ilə həm oyunçu, həm də məşqşi olaraq çalışmaq, bu klubun ailəsindən biri olmaq mənim üçün şərəfdir. Karyeramda yeni bir səhifə açmazdan əvvəl bütün məşqçilərə, rəhbərliyə, futbolçulara, azrkeşlərə və klubun digər işçilərinə təşəkkür edirəm".
 

Qeyd edək ki, Ümit Davala 2011-2013-cü illərdə və 2018-ci ildən "Qalatasaray"da məşqçi işləyib. 


Digər xəbərlər

Xəbər xətti