"Türkiyə ilə oyunda olduğu kimi topu özümüzdə saxlasaq, yaxşı şanslarımız olacaq" - Emin Mahmudov

10:21 2 İyun 2021

“Milli komanda üçün həmişə əlimdən gələnin maksimumunu etməyə çalışmışam. Hər oyun fərqli olur. Türkiyə millisi daha çox hücum futbolu oynayır. Belarus isə gənc komandadır. Təbii ki, daha istəkli olacaqlar".
 

Bu sözləri millimizin üzvü Emin Mahmudov Belarusla bu gün keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.


"Neftçi"nin kapitanı bildirib ki, Türkiyə millisinə qarşı oynadıqları kimi çıxış etsələr, yaxşı nəticə qazanarlar: "Hamısı özünü göstərməyə çalışacaq. Əsas öz oyunumuzdur. Türkiyə ilə oyunda olduğu kimi topu özümüzdə saxlasaq, daha çox hücumlar təşkil etsək, yaxşı şanslarımız olacaq. Dediyim kimi, yenə də diqqətli olmalıyıq. Çünki həmin oyunda yaxşı oynaya-oynaya standart vəziyyətdən iki top buraxdıq. Əlimizdən gələni edəcəyik ki, nəticə əldə edək. Əlbəttə, bunu yaxşı oyunla icra etmək istəyirik. Misal üçün, Türkiyə millisi ilə oyunda oynadığımız futbolu oynasaq, nəticə qazana bilərik. Komanda olaraq Belarus millisinin oyunlarını izləmişik. Baş məşqçi necə oynamaq lazım olduğunu izah edib. Mövsüm yeni başa çatıb və oyuna tam hazırıq. Son oyunda nümayiş etdirdiyimiz futbolu davam etdirə bilsək, nəticə qazanacağıq”.  


Digər xəbərlər

Xəbər xətti