Azərbaycan millisinin Belarusla yoldaşlıq oyununun hakimləri bəlli olub.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Moldovadan olan hakimlər idarə edəcək.Görüşün baş hakimi Dumitru Muntean olacaq. Ona yan xətdə Vadim Vicol və Vladislav Lifciu köməklik edəcək.
Qeyd edək ki, bu gün “Dinamo” Milli Olimpiya stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.