“Neftçi” futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Anlaşmaya görə, 27 yaşlı yarımmüdafiəçi 2024-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq. Ötən mövsümü icarə əsasında “Keşlə”də keçirən Hacıyev daha bir il müddətinə bu kluba icarəyə verilib.