“Fənərbaxça” baş məşqçisi Əmrə Bəlözoğlu ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, onun başa çatan müqaviləsi uzadılmayıb. Əmrə həm də klubda idman direktoru kimi fəaliyyət göstərirdi.
O, mövsümün gedişində istefaya göndərilən Erol Bulutun əvəzinə müvəqqəti baş məşqçi təyin edilmişdi.