İyunun 6-da Macarıstanda cüdo üzrə növbəti dünya çempionatına start veriləcək.
Sportarena.az xəbər verir ki, paytaxt Budapeştdə 1 həftə davam edəcək yarışda Azərbaycan millisinin 9 kişi və 3 qadın idmançısı qüvvəsini sınayacaq.
Belə ki, mundialda 66 kq çəki dərəcəsində Davud Məmmədsoyla Kəramət Hüseynov mübarizə aparacaq. Orxan Səfərovla Nicat Şıxəlizadə 66 kq çəkidə medal qazanmağa çalışacaq. Ölkəmizi 73 kq-da Nurlan Osmanov və Hidayət Heydərov, 81 kq çəkidə Zelim Tskayevlə Murad Fətiyev təmsil edəcək. Elmar Qasımov yenə 100 kq-da gücünü yoxlayacaq.
Qadınların yarışında isə tatami üzərinə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) çıxacaq.
Qeyd edək ki, yarışda 131 ölkədən 700-dən çox idmançının iştirakı gözlənilir.