“Sabah” müqavilə müddəti bitən komandanın kapitanı Ruslan Abışovla yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Millimizin sabiq üzvü 2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı.
Klub Abışova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.