Braziliya millisi Amerika kubokunda oynamaqdan imtina etdi

16:33 5 İyun 2021

Futbol üzrə Braziliya milli komandasının futbolçuları iyunun 13-də start götürəcək Amerika kubokunda oynamaqdan imtina edib.

 

Buna səbəb ölkədə koronavirus pandemiyasına yoluxma hallarının çoxluğudur. Braziliyalı futbolçuların bu qərarını millinin baş məşqçisi Tite açıqlayıb. O, yığmanın kapitanı Karlos Kazemiro və digər futbolçuların Amerika kubokunda iştirakdan imtina etmə qərarını dəstəklədiyini bildirib.

 

Futbolçuların bu qərarı Braziliya Futbol Federasiyasına bildirilib.

 

Braziliyanın ev sahibliyi edəcəyi Amerika kuboku turniri iyunun 13-də başlayacaq.

 

Braziliyada koronavirusdan 470 mindən çox adam ölüb. 


Digər xəbərlər

Xəbər xətti