“Baku Sporting” uşaq futbol klubunun təşəbbüsü AFFA, Gənclər və İdman Nazirliyinin dəstəyilə 10 yaşlı futbolçular arasında VTB Bank kuboku start götürüb.
Yarışın açılış mərasimində AFFA Məşqçilər Komitəsinin üzvü, əməkdar məşqçi Ağasəlim Mircavadov, AFFA Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, futbol üzrə keçmiş hakim Asim Xudiyev, futbolçu Riçard Almeyda və digər qonaqlar çıxış edərək uşaqlara uğurlar arzulayıblar. Eyni zamanda “Baku Sporting” klubunun icraçı direktoru Vüqar Nadirov tədbir iştirakçılarını salamlayaraq bu turnirə dəstək göstərənlərə təşəkkürünü bildirib.
Rəsmi və bədii hissə başa çatdıqdan sonra püşk atma mərasimi keçirilib.VTB bank kubokunda müvafiq olaraq “Baku Sporting” Qəbələ FK və Zirə FK ilə A qrupunda, “Sabah” FK ilə Tekin FK B qrupunda qərarlaşıb. 3gün davam edecək turnirin final görüşü və bağlanış mərasimi iyunun 6-da keçiriləcək. İlk 3 yeri tutan komandalar mükafatlarına qovuşacaq.