Formula 1 : Azərbaycan qran-prisinin qalibi məlum oldu

Sportarena.az      6 İyun 2021 , 20:00

Formula 1 üzrə Azərbaycan qran-prisinin qalibi müəyyənləşib.

 

“Red Bull”un pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. Meksikalı sürücü ilk dəfə Azərbaycan qran-prisinin qalibi olub. Bu, onun həm də 2021 mövsümündəki ilk belə uğurudur.

 

“Aston Martin”də çıxış edən Sebastyan Fettel ikinci, “Alfa Tauri”dən Pyer Qasli üçüncü yeri tutub. Hər üç pilot bu il ilk dəfə podiumda yer alıb.

 

“Mercedes”də çıxış edən 7 qat dünya çempionu Luis Hamilton son anda uğursuz cəhdlə yadda qalıb və yarışı 15-ci sırada bitirib.

 

Esteban Okon, Lans Stroll, Maks Ferstappen və Corc Rassel isə müxtəlif səbəblərdən mübarizəni erkən dayandırıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin