"Formula 2" üzrə Azərbaycan qran-prisində pilotun qolu sındı

20:19 6 İyun 2021

Formula 2 üzrə Azərbaycan qran-prisinin əsas yarışında “Art Grand prix”in pilotu Teo Purşerin qolu sınıb.

 

18 yaşlı pilot Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb. Purşer yarış zamanı “Dams” komandasından Markus Armstronqla toqquşub. Bolidə nəzarəti itirən Armstronq təhlükəsizlik maneəsinə çırpılıb və Purşerlə birlikdə yarışdan kənarda qalıb. 

 

Purşer qəza törətdiyi üçün yarışa davam edə bilməyib. Formula 2-ni “Hitech Grand Prix”dən Yuri Vips qazanıb. 


Digər xəbərlər

Xəbər xətti