“Çox xoşbəxtəm ki, birinci oldum" - Serxio Perez

20:57 6 İyun 2021

“Çox xoşbəxtəm ki, birinci oldum. Bizim üçün əla nəticədir. Bakı üçün normal yarış keçdi. Əslində, komanda yoldaşım Maks Verstappen də finişə çatsaydı, yaxşı olardı”.

 

Bu fikirləri Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-prisinin qalibi Serxio Perez deyib. O, 7 qat dünya çempionu Luis Hemiltonu ötməsindən də söz açıb.

 

“Gördüm ki, o, döngəyə girir. Sağdan keçmək istəyəndə Hemiltonun düz getdiyini gördüm. Bu, mənim üçün yaxşı oldu”. 


Digər xəbərlər

Xəbər xətti