"Neftçi”nin üzvləri daha fəal idilər" - Roberto Bordin

02:10 7 İyun 2021

"Maraqlı oyun alındı. Oyunun bir hissəsinə Azərbaycan, bir hissəsinə mənim komandam nəzarət etdi".
 

Bu sözləri Moldova millisinin baş məşqçisi Roberto Bordin yığmamıza qalib gədlikləri yoldaşlıq oyunundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.


"Neftçi"nin sabiq çalışdırıcısı "ağ-qaralar"ın çempionlğuna da münasibət bildirib: "Bu qələbə bizə çox lazım idi. Əvvəl çalışdırdığım “Neftçi” komandasının üzvləri bu gün daha fəal idilər. Ümumilikdə, Azərbaycan komandasının oyunu xoş təsir bağışladı. Yeri gəlmişkən, sabiq komandam “Neftçi”ni çempionluq münasibətilə təbrik edirəm. Onların bu uğuruna çox sevindim”. 


Xəbər xətti