Dünyanın elit şahmatçılarının mübarizə apardıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsi start götürüb.
Rumıniyada keçirilən turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. 9 turdan ibarət olan turnirin birinci turunda şahmatçılarımızın hər ikisinin ABŞ təmsilçiləri - Məmmədyarovun Uesli So, Rəcəbovun Fabiano Karuana ilə qarşılaşmaları heç-heçə ilə başa çatıb.
Turun digər oyunları - rusiyalı Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqrav, yerli idmançılar Boqdan-Daniel Dyak niderlandlı Aniş Giri, Konstantin Lupulesku ermənistanlı Levon Aronyan qarşılaşmaları da heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.