“Baku Sporting” klubunun təşəbbüsü, AFFA və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 10 yaşlı uşaqlar arasında keçirilən turnir başa çatıb.
Sportarena.az –a verilən məlumata görə, 3 gün davam edən yarışda 6 komanda – “Qəbələ”, “Sumqayıt”, “Sabah”, “Zirə”, “Tekin” və “Baku Sporting” iştirak edib. “Sumqayıt” klubu finalda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edərək, turnirin çempionu olub.
3-cü yer uğrunda görüşdə isə “Sabah” klubu “Baku Sporting”i 2:1 hesabı ilə üstələyib.