Yoldaşlıq oyunları: Niderland millisindən darmadağın, İngiltərədən qələbə

15:48 7 İyun 2021

Futbol üzrə milli komandalar arasında yoxlama oyunları keçirilir.

 

Daha bir neçə belə görüş baş tutub. DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqiblərindən olan Lüksemburq yığması Şotlandiya ilə qarşılaşıb. Millimizin Moldovaya məğlub olduğu gündə, rəqibi də minimal hesabla uduzub.

 

İngiltərə seçməsi Rumıniya ilə qarşılaşmadan qalib ayrılıb. Niderland yığması Gürcüstanla qarşılaşıb və 3 cavabsız qola sevinib. Belçika və Xorvatiya yığmalarının duelində də birincilər sevinən tərəf olub.

 

Yoxlama oyunları

6 iyun

 

Avstriya – Slovakiya 0:0


Danimarka – Bosniya və Herseqovina 2:0


İngiltərə – Rumıniya 1:0


Lüksemburq – Şotlandiya 0:1


Niderland – Gürcüstan 3:0


Norveç – Yunanıstan 1:2


Belçika – Xorvatiya 1:0 


Digər xəbərlər

Xəbər xətti