“Neftçi” afrikalı futbolçu ilə 2 illik müqavilə imzaladı

11:12 8 İyun 2021

“Neftçi” müdafiəçisi Mamadi Mbodjla müqavilənin müddətini artırıb.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək. Məlumatı klubun saytı yayıb. Mbodj “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.

 

“Neftçi” bundan əvvəl Ömər Buludov və Fəhmin Murabəyli ilə yeni müqavilə bağlamışdı. 


Digər xəbərlər

Xəbər xətti