Boksçumuz Avropa Olimpiya Təsnifat Turnirinin qalibi oldu

12:23 8 İyun 2021

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.

 

81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü döyüşə çıxmadan çempion tituluna yiyələnib. Buna rəqibi – Benjamin Uitakerin (Böyük Britaniya) final qarşılaşmasından imtina etməsi səbəb olub.

 

Beləliklə, Avropa Olimpiya Təsnifat Turniri yığmamız üçün başa çatıb. Yarışı Alfonso Dominqes qızıl, Lorenzo Sotomayorla (69 kq) Məhəmməd Abdullayev (+91 kq) bürünc medalla bitirib.

 

Həmçinin onlarla yanaşı, Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyev (63 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. 


Digər xəbərlər

Xəbər xətti