Dünyanın ən bahalı futbolçuları açıqlandı - SİYAHI

13:41 8 İyun 2021

Dünyanın 5 böyük liqasında çıxış edən bahalı futbolçuların siyahısı açıqlanıb.

 

Siyahını Beynəlxalq İdman Tədqiqatları Mərkəzi (CİES) hazırlayıb. Maraqlıdır ki, ilk "üçlük"də ancaq ingilis futbolçular qərarlaşıb.

 

İlk pilləni "Mançester Siti"dən Filip Foden tutur. Futbolçunun qiyməti 190,2 milyon avrodur. Onu "Mançester Yunayted"dən Meyson Qrinvud izləyir. "Qırmızı-şeytanlar"ın futbolçusuna 178 milyon avro qiymət qoyulub. İlk "üçlüy"ü "Mançester Yunayted"dən Markus Reşford qapayır - 159,1 milyon avro.

 

Araşdırma 30 yaşa qədər olan futbolçularla bağlı aparıldığından, Lionel Messi, Kriştianu Ronaldo kimi superulduzlar siyahıda yer almayıb.

 

Ulduz futbolçulardan Cedon Sanço 11-ci, Kilian Mbappe 12-ci yerdə qərarlaşıbsa, Rahim Sterlinq, Kevin De Bruyne "30-luğ”a, Harri Keyn "40-lığ”a, Romelu Lukaku, Məhəmməd Salah, Lautaro Martines "50-liy”ə, Sadio Mane "70-liy”ə, Neymar isə "80-liy”ə düşə bilib.

 

Avropanın 5 ən böyük liqasının ən bahalı 20 futbolçusu

 

1. Filip Foden (190,2 milyon avro, "Mançester Siti")

2. Meyson Qrinvud (178 milyon avro, "Mançester Yunayted")

3. Markus Reşford (159,1 milyon avro, "Mançester Yunayted")

4. Erlinq Haaland (155,5 milyon avro, "Borussiya" Dortmund)

5. Brunu Fernandeş (154,3 milyon avro, "Mançester Yunayted")

6. Frenki de Yonq (138,7 milyon avro, "Barselona")

7. Pedri (133,2 milyon avro, "Barselona")

8. Alfonso Devis (131,6 milyon avro, "Bavariya")

9. Joau Feliks (127,8 milyon avro, "Atletiko")

10. Meyson Maunt (123,6 milyon avro, "Çelsi")

11. Ceydon Sanço (120,8 milyon avro, "Borussiya" Dortmund)

12. Kilian Mbappe (118,3 milyon avro, PSJ)

13. Ferran Torres (118 milyon avro, "Mançester Siti")

14. Kay Haverts (116,5 milyon avro, "Çelsi")

15. Trent Aleksander-Arnold (115 milyon avro, "Liverpul")

16. Ruben Diaş (114,4 milyon avro, "Mançester Siti")

17. Timo Verner (108,9 milyon avro, "Çelsi")

18. Vinisius Junior (104,4 milyon avro, "Real")

19. Bernard Silva (104,2 milyon avro, "Mançester Siti")

20. Bukayo Saka (104 milyon avro, "Arsenal") 


Digər xəbərlər

Xəbər xətti