"Legiya" "Neftçi" ilə oynamaqdan imtina etdi

15:55 8 İyun 2021

Polşanın “Legiya” klubu “Neftçi” ilə yoxlama oyunu keçirməkdən imtina edib.

 

Buna səbəb hər iki komandanın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bir-birlərinə rəqib ola bilmə ehtimalıdır.

 

“Legiya” və “Neftçi” Çempionlar Liqasında yeni mövsümdə 1-ci təsnifat mərhələsindən başlayacaq. Polşa klubu səpələnmişlər, Azərbaycan çempionu isə səpələnməmişlər səbətində yer alacaq.

 

“Legiya” daha əvvəl rəsmi saytı vasitəsilə iyunun 20-də “Neftçi” ilə yoxlama oyunu keçirəcəyini açıqlamışdı. 


Digər xəbərlər

Xəbər xətti