Çempionlar liqasında mövsümün ilk püşkü atıldı

16:09 8 İyun 2021

Çempionlar Liqasında  2021/2022 mövsümünün ilk püşkü atılıb.

 

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya əsasən, turnirin ilkin mərhələsində yarımfinal cütləri bəlli olub.

 

"Folqore" (San-Marino) - "Priştina" (Kosova)

"HB Torshavn" (Farer adaları) - "İnter Eskaldes" (Andorra)

 

Qeyd edək ki, yarımfinal matçları iyunun 22-də, final isə iyunun 25-də olacaq. Farer adalarında oynanılacaq görüşlər bir oyundan ibarət olacaq.

 

Finalda qalib olan komanda Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə vəsiqə əldə edəcək. Digər 3 komanda isı mübarizəyə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam edəcək. 


Digər xəbərlər

Xəbər xətti