Abubakar "Beşiktaş"ı Səudiyyə Ərəbistanı klubuna dəyişdi

11:00 9 İyun 2021

"Beşiktaş"la müqaviləsi başa çatan Vinsent Abubakar karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, kamerunlu hücumçu "Əl-Nəsr"ə keçib. Onunla 3 illik müqavilə imzalanıb. 29 yaşlı forvard illik 6 milyon avro maaş alacaq.

 

Abubakar ötən mövsüm Super Liqada keçirdiyi 26 oyunda 15 qol vurub, 5 məhsuldar ötürmə edib. O, "Beşiktaş"a "Portu"dan keçmişdi. 


Digər xəbərlər

Xəbər xətti