"Trabzonspor" klubu heyətinə yeni oyunçu cəlb edib.
Sportarena.az xəbər verir ki, Qara dəniz təmsilçisi Slovakiya millisinin üzvü Marek Hamşiki rənglərinə bağlayıb. 33 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Onun illik maaşı 1,5 milyon avro olacaq.
"Napoli"nin keçmiş futbolçusu son olaraq İsveçin "Qöteborq" klubunda çıxış edib.