Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.
Bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulacaq. 81 kq çəki dərəcəsindəki Zelim Tkçayev 1/64 final mərhələsində Terense Kouamba (Qabon) ilə görüşəcək.
Eyni çəkidə Murad Fətiyev 1/32 finalda Elliot Konnoli (Yeni Zelandiya) ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 10-cu yerdədir.