"Qarabağ" futbolçuları Abbas Hüseynov və Rahil Məmmədovla müqaviləni uzadıb.
Hər iki müdafiəçinin sözləşməsi 2 illikdir. Qeyd edək ki, Ağdam klubu bundan əvvəl Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Qara Qarayevlə də müqaviləni yeniləyib.