AÇ-2020: Bakıdakı ilk oyun üçün hakim təyinatları məlum oldu

Sportarena.az      10 İyun 2021 , 13:12

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək Uels - İsveçrə oyunu üçün təyinatlar açıqlanıb.

 

Bu qarşılaşma Fransadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Kleman Türpen olacaq. Ona yan xətt hakimləri Nikolya Dano və Siril Qrenqor kömək edəcək. Dördüncü hakim funksiyasını serbiyalı Srcan Yovanoviç yerinə yetirəcək. VAR hakimi isə fransalı Fransua Leteksyedir.

 

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - İsveçrə matçına saat 17:00-da start veriiləcək.

 

AÇ-2020 11 iyun – 11 iyul aralığında keçiriləcək. Bakıda həmçinin Türkiyə - Uels və Türkiyə - İsveçrə oyunları, eləcə də 1/4 final mərhələsinin 1 görüşü təşkil olunacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin