Türkiyə millisinin futbolçuları Avro-2020-nin Bakıdakı oyunları üçün azərbaycanlı azarkeşlərdən dəstək istəyib.
Komandanın qapıçısı Altay Bayındır və yarımmüdafiəçisi Okay Yokuşlu videomüraciətində azarkeşlərdən Bakı Olimpiya Stadionunda keçiriləcək matçlarda yığmanı yalnız buraxmamağı xahiş ediblər.
Türkiyə millisi Avro-2020-nin A qrupunda Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də qarşılaşacaq.