"Qardaş Türkiyə azarkeşlərini səbirsizliklə gözləyirik" - Elxan Məmmədov

15:05 10 İyun 2021

"Əsl futbol bayramı yaşayacağıq. Avropa çempionatını səbirsizliklə gözləyirdik. Əslində ötən il olmalı idi, amma pandemiya səbəbindən bir il təxirə salındı. Azərbaycan hökuməti Bakı Olimpiya Stadionuna arenanın ümumi tutumunun 50 faizinə qədər azarkeş buraxılmasına icazə verdi. Bu, sevindirici durumdur".

 

Bu sözləri  AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Anadolu" agentliyinə açıqlamasında Avro-2020-nin Bakıda keçiriləcək oyunları barədə danışarkən deyib.

 

Məmmədov azarkeşlərin ölkəmizdəki matçlara marağını böyük olduğunu vurğulayıb: "Türkiyə millisinin ilk görüşünə 20 min bilet satılıb. Hər oyun üçün 32 min bilet satışı nəzərdə tutulub. Son günlərdə satışın artacağını düşünürəm. Qardaş Türkiyə azarkeşlərini səbirsizliklə gözləyirik".

 

O, Türkiyə millinin Bakıdakı görüşlərdə üstün tərəf olacağını söyləyib: "Azərbaycanlı azarkeşlər Türkiyə millisini dəstəkləyəcək. Coğrafi baxımdan türkiyəli fanatların Bakıya gəlməsi daha rahatdır. Çünki iki ölkə arasında gündə 5 uçuş təşkil olunur. Bunun özü də böyük üstünlükdür. Uels və İsveçrədən uçanlar ya xüsusi, ya da tranzit reyslə gəlməlidir. Amma qardaş Türkiyə azarkeşləri 2,5 - 3 saatlıq uçuşla Bakıya çata biləcəklər". 


Digər xəbərlər

Xəbər xətti