"Poland Open": Güləşçimiz Mariya Stadnik qızıl medal qazandı

Sportarena.az      11 İyun 2021 , 00:07

Polşanın paxtaxtı Varşavadakı güləş üzrə "Poland Open" turniri davam edir.

 

Mübarizəyə başlayan idmançılar arasında Azərbaycan təmsilçisi Mariya Stadnik də olub. 50 kq çəki dərəcəsində çıxış edən güləşçimiz əvvəlcə Emiliya Alina Vuk (Rumıniya) ilə qarşılaşıb və görüşdən qələbə ilə ayrılıb. Stadnikin növbəti rəqibi ABŞ-dan Erin Qolston olub. Təmsilçimiz Qolstonu adlayaraq, yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə isə Stadnik Mariya Tiumerekovanı (Rusiya) məğlub edib və finala yüksəlib.

 

Axşam seansında qızıl medal üzrə görüşə çıxan idmançımız Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşıb. Rəqibinə 9:4 hesabı ilə qalib gələn Stadnik qızıl medal qazanıb.

 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin